Azərbaycandakı sənaye müəssisələrindən biri ləğv olunur

Noyabrın 30-da, saat 12:00-da “Zəyəm Sənaye İstehsal” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Vaqif küçəsi, 60A ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin ötən ilin yekunları ilə əlaqədar hesabatlarının təsdiq edilməsi, müəssisənin ləğv edilməsi barədə səhmdar Mustafayev Rəşid Məmməd oğlunun təklifinin müzakirə olunması, Ləğvetmə Komissiyasının tərkibini təsdiq edilməsi və ləğv müddətinin müəyyən edilməsi məsələsləri daxildir.

Xatırladaq ki, “Zəyəm Sənaye İstehsal” 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 59 236 manatdır.

Digər xəbərlər