Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 5 min 675 ədəd ştanqlı quyu nasosları istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur.
Təkcə noyabrda isə ölkədə 645 ədəd ştanqlı quyu nasosları istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 70 % çoxdur.
Bu ilin dekabrın 1-nə, Azərbaycanda 643 ədəd hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 5 min 655 ədəd ştanqlı quyu nasosları istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 4,3 % çoxdur.