Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 263,2 kq qızıl, 462,7 kq gümüş istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı 2022-ci ilin yanvar-fevral aylarının göstəricisindən 28,3 %, gümüş istehsalı 37,7 % az olub.
Hesabat dövründə Azərbaycanda mis konsentratının istehsalı 536,7 ton olub ki, bu da 2022-ci ilin ilk iki ayı ilə müqayisədə 43,4 % çoxdur.
Bu ilin martın 1-nə ölkədə 108,3 kq qızıl, 176 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə 436,1 ton təşkil edib.