Bu ilin yanvar-may aylarında Azərbaycanda 4 min 331,8 ton qaymaq və xama istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 22,7 % çoxdur.
Hesabat dövründə ölkədə pendir və kəsmik istehsalı illik müqayisədə 2,7 % artaraq 22 min 776,4 tona çatıb.
Hesabat dövrünə respublikada qaymaq və xama ehtiyatı olmasa da, 12,5 ton pendir və kəsmik ehtiyatı yaranıb.