Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 27,9 min ton propilen istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə ölkədə həmçinin 29,6 min ton həcmində polietilen, 29,1 min ton həcmində etilen istehsal olunub.
Ötən ilin eyni dövrü ilə müqayisədə propilen istehsalı 1,1 % artıb, polietilen istehsalı 1,3 %, etilen istehsalı isə 1 % azalıb.