2024-cü ildə Azərbaycanda 352,4 min ton polad istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 8,9 % çoxdur.
Təkcə dekabrda isə ölkədə 29,2 min ton polad istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 12 % azdır.
Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 1,4 min ton hazır məhsul ehtiyatı olub.