Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 484,8 ton mis məftil istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,2 dəfə çoxdur.
Təkcə oktyabrda isə ölkədə 23,1 ton mis məftil istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 7,2 dəfə çoxdur.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 98 ton mis məftil istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 56,4 % azdır.