Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 2 633,4 min dekalitr meyvə şirəai istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 % azdır.
Hesabat dövrünə Azərbaycanda 102 508,2 ton meyvə-tərəvəz konservləri istehsal edilib ki, bu da, illik müqayisədə 5 % çoxdur.
Avqustun 1-nə ölkədə 777,7 min dekalitr meyvə şirəsi ehtiyatı, 21,324 min ton isə meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb.