2024-cü ildə Azərbaycanda 41 min 786 ton lak-boya məmulatları istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 4,8 % çoxdur.
Təkcə dekabrda isə ölkədə 3 min 526 ton lak-boya məmulatları istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 6 % azdır.
Bu il yanvarın 1-nə Azərbaycanda 393 ton hazır məhsul ehtiyatı olub.