Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 38 min 260 ton lak-boya məmulatları istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,8 % çoxdur.
Təkcə noyabrda isə ölkədə 3 min 431 ton lak-boya məmulatları istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 18,5 % çoxdur.
Ötən ilin dekabrın 1-nə Azərbaycanda 333,6 ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 39 min 567,9 ton lak-boya məmulatları istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 16,8 % çoxdur.