Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 15 min 661,5 ton kolbasa məmulatları istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 % çoxdur.
Avqustun 1-nə ölkədə 38,5 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 18,8 % çoxdur.