Bu ilin yanvar ayında Azərbaycanda 57,6 min kubmetr tikinti kərpici istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41,9 % çoxdur.
Bu il fevralın 1-nə, ölkədə 7,2 min kubmetr hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 622,3 min kubmetr tikinti kərpici istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 0,7 % çoxdur.