Bu ilin ilk 4 ayında Azərbaycanda 217,9 min kubmetr tikinti kərpici istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,2 % çoxdur.
Bu il mayın 1-nə olan vəziyyətə görə, ölkədə 8,4 min kubmetr hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 622,3 min kubmetr tikinti kərpici istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 0,7 % çoxdur.