Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 26 min 890,6 ton kərə yağı istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 9,1 % çoxdur.
Dekabrın 1-nə ölkədə 0,9 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 41,7 dəfə azdır.
Xatırladaq ki, 2024-cü ilin 11 ayında Azərbaycanda 4 milyard 287,2 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 9,3 % çoxdur