Azərbaycanda kərə yağı istehsalı 4 %-ə yaxın azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4 min 225 ton kərə yağı istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 3,5 % azdır.

Hesabat dövründə Azərbaycanda həmçinin 1 min 699,9 ton qaymaq istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 24,5 % çoxdur.

Martın 1-nə ölkədə 15,7 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 5,3 dəfə çoxdur

Digər xəbərlər