Bu ilin yanvar-may aylarında Azərbaycanda 11 min 335,1 ton kərə yağı istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % çoxdur.
İyunun 1-nə ölkədə 44,9 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 2,6 dəfə azdır.