Azərbaycanda güc transformatorlarının istehsalı 41 % artıb

2024-cü ildə Azərbaycanda 1 132 ədəd güc transformatoru istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 40,8 % çoxdur.

Təkcə dekabrda isə ölkədə 170 ədəd güc transformatorları istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 5,6 % çoxdur.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26