Bu ilin yanvar ayında Azərbaycanda 51,1 min ton gips və anhidrit istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Bu il fevralın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 52,6 min ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 570,5 min ton gips və anhidrit istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 4,8 % azdır.