Bu ilin I rübündə Azərbaycanda 2,79 min ton elektrik naqilləri istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur.
Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda 734,8 ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 12 min 39 ton elektrik naqilləri istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 15,4 % çoxdur.