Bu ilin yanvar-may aylarında Azərbaycanda 1 331,6 min cüt corab məmulatları istehsal olunub.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % azdır.
Bu il iyunun 1-nə 24,9 min cüt hazır məhsul ehtiyyatı olub ki, bu da 1 il əvvələ nisbətən 27 % azdır.