Bu ilin ilk 7 ayında Azərbaycanda 490,5 min cüt ayaqqabı istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 % çoxdur.
Bu il avqustun 1-nə ölkədə 108,2 min cüt hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 1 milyon 41 min cüt ayaqqabı istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 39 % çoxdur.