Azərbaycanda ayaqqabı istehsalı 38 % azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 502,7 min cüt ayaqqabı istehsal olunub.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,5 % azdır.

Bu il sentyabrın 1-nə 5,6 min cüt hazır məhsul ehtiyyatı olub ki, bu da 1 il əvvələ nisbətən 9,1 dəfə azdır.

Digər xəbərlər