Azərbaycanda avtomobil istehsalı 14 % azalıb

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 634 ədəd minik avtomobili istehsal olunub.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2021-ci ilin müvafiq ayları ilə müqayisədə 264 ədəd və yaxud 13,9 % azdır. Bu il noyabrın 1-nə ölkədə 117 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 441,2 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.

Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 3,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 81,7 %, maşın və avadanlıqların istehsalı isə 45 % artıb.

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 532 ədəd traktor istehsal edilib. Bu, 2021-ci ilin müvafiq ayları ilə müqayisədə 8,4 % azdır. Nəticədə, bu il noyabrın 1-nə ölkədə 20 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Digər xəbərlər