Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 396,2 min ton armatur istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 30,4 % çoxdur.
Təkcə noyabr ayında isə 13,3 min ton armatur istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 50,6 % azdır.
Ötən ilin dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 21,7 min ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 339,2 min ton armatur istehsal edilib ki, bu da əvvəlki ilə nisbətən 22,1 % azdır.