Azərbaycanda alüminium istehsalı 49 % artıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 57 min 624 ton alüminium məmulatları istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 49 % çoxdur.

Təkcə noyabrda isə ölkədə 4 min 823 ton alüminium məmulatları istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 3,6 % çoxdur.

Ötən ilin dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 2 min 954 ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 45 min 83 ton alüminium məmulatları istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 4,5 % çoxdur.

Digər xəbərlər