Azərbaycanda 2 ayda istehsal edilmiş tikinti qumunun həcmi açıqlanıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 170,6 min ton tikinti qumu istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27 % azdır.

Bu il martın 1-nə, ölkədə 10,2 min ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 1 milyon 155 min ton tikinti qumu istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 23 % azdır.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26