Bu ilin yanvar-mart aylarında Azərbaycanda 44 ton yod istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 % azdır.
Bu il aprelin 1-nə, Azərbaycanda 22,5 ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 208 ton yod istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə eynidir.