Azərbaycan xalçaları ABŞ-da sərgilənəcək

Bu il və gələn il ABŞ-ın bir sıra ştatlarında Azərbaycan xalçalarının sərgisi və satışı təşkil olunacaq.

Bu barədə "Report"a "Azərxalça" ASC-dən bildirilib.

Məlumata görə, “Azərbaycan xalçaları” adlı sərgilər səhmdar cəmiyyətinin ABŞ-Azərbaycan Ticarət Palatası ilə əldə etdiyi razılığa əsasən baş tutacaq. İlk sərgi martın 27-də Palatanın ofisinin qalereyasında baş tutacaq. Həm klassik, həm də müasir üslubda sərgilənəcək xalçalarla Azərbaycanın zəngin mədəni irsi hər kəsə təqdim olunacaq.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26