Azərbaycan xalça və xalça məmulatları istehsalını 80 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 0,9 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 80 % çoxdur.

Bu il martın 1-nə ölkədə 5 min kvadratmetr hazır məhsul ehtiyatı olub.

2025-ci ildə Azərbaycanda 3,6 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 6 % çoxdur.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26