Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır.
Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 14,2 % çoxdur.
Bu il sentyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 2 milyon 393 min kvadratmetr hazır məhsul ehtiyatı olub.
2025-ci ildə Azərbaycanda 9 milyon 851 min kvadratmetr tikinti şüşəsi istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 7,3 % çoxdur.