Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 234,6 min ton tikinti qumu istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 77 % çoxdur.
Təkcə fevralda isə ölkədə 104 min ton tikinti qumu istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 27 % çoxdur.
Bu il martın 1-nə olan vəziyyətə görə, ölkədə 10,6 min ton hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 1 milyon 397 min ton tikinti qumu istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 12,8 % azdır.