Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 405 min ton tikinti qumu istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,2 % çoxdur.
Bu il mayın 1-nə, ölkədə 10,9 min ton hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 1 milyon 397 min ton tikinti qumu istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 12,8 % azdır.