Ləğv prosesində olan “Azərbaycan Sənaye Korporasiyası” ASC (ASK) kreditorlarına müraciət edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Müraciətdə deyilir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 6 ünvanına - Azərbaycan İnvestisiya Holdinqinə (AİH) bildirə bilərlər.
Xatırladaq ki, ASK Prezident İlham Əliyevin 27 dekabr 2024-cü il tarixli sərəncamı ilə ləğv edilib. Sərəncama əsasən, Korporasiyaya məxsus “Azərbaycan alüminiumu” ASC, “Azəralüminium” və “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-lər AİH-in idarəetməsinə verilib.