Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 56,4 min ton polad boru istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,4 % çoxdur.
Bu il mayın 1-nə olan vəziyyətə görə, ölkədə 3,6 min ton hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 109,8 min ton polad boru istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 62,3 % azdır.