Bu ilin ilk 4 ayında Azərbaycanda 10 milyon 293 min kvadratmetr pambıq parça istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 % çoxdur.
Bu il mayın 1-nə, ölkədə 465,2 min kvadratmetr hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 30 milyon 706 min kvadratmetr pambıq parça istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 7,2 % çoxdur.