Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 9,3 min ton pambıq ipliyi istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29 % çoxdur.
Bu il iyulun 1-nə, ölkədə 5,45 min ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 18,45 min ton pambıq ipliyi istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 41,5 % çoxdur.