Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 11,1 min ton pambıq ipliyi istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 % çoxdur.
Bu il avqustun 1-nə ölkədə 4,96 min ton hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 18,45 min ton pambıq ipliyi istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 41,5 % çoxdur.