Bu ilin yanvar-mart aylarında Azərbaycanda 7,2 min ton lak-boya məmulatları istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,1 % çoxdur.
Bu il aprelin 1-nə, ölkədə 598,1 ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 41 min 786 ton lak-boya məmulatları istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 4,8 % çoxdur.