Azərbaycan lak-boya məmulatları istehsalını 7 %-ə yaxın artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 21,89 min ton lak-boya məmulatları istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 % çoxdur.

Bu il avqustun 1-nə ölkədə 551,9 ton hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 41 min 786 ton lak-boya məmulatları istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 4,8 % çoxdur.

Digər xəbərlər