Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 148 min ton gips və anhidrit istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 % çoxdur.
Bu il mayın 1-nə, ölkədə 33,5 min ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 570,5 min ton gips və anhidrit istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 4,8 % azdır.