Azərbaycan elektrik naqil istehsalını 16 %-dən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 3,5 min ton elektrik naqilləri istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,4 % çoxdur.

Bu il mayın 1-nə, ölkədə 671,4 ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 12 min 39 ton elektrik naqilləri istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 15,4 % çoxdur.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26