Bu ilin I rübündə Azərbaycanda 20 min 184,2 ton duz istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 % çoxdur.
Təkcə martda isə ölkədə 7,1 min ton duz istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 5,1 % çoxdur.
Bu il aprelin 1-nə, Azərbaycanda 90,4 ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 89 min 456 ton duz istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 22,1 % çoxdur.