Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 13,1 min ton duz istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 % çoxdur.
Təkcə fevralda isə ölkədə 5 min 775 ton duz istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 3,9 % azdır.
Bu il martın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 21,5 ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 89 min 456 ton duz istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 22,1 % çoxdur.