2021-ci ildə Azərbaycan 120,027 milyon ABŞ dolları dəyərində 84 min 964,45 ton polipropilen (ilkin formalarda) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2020-ci illə müqayisədə dəyər ifadəsində 86,2 %, kəmiyyət olaraq – 9,6 % çoxdur.
Rusiyaya 82,219 milyon ABŞ dolları dəyərində 55 min 369,75 ton, Türkiyəyə 16,605 milyon ABŞ dolları dəyərində 14 min 907,5 ton, Qazaxıstana 13,515 milyon ABŞ dolları dəyərində 9 min 040,5 ton, Ukraynaya 3,782 milyon ABŞ dolları dəyərində 2 min 913,75 ton, Gürcüstana 1,823 milyon ABŞ dolları dəyərində 1 min 195,5 ton məhsul göndərilib.
2020-ci illə müqayisədə Rusiyaya tədarük müvafiq olaraq 3,2 dəfə və 95,1 % artıb, Türkiyəyə - 25,8 % və 49,5 % azalıb, Qazaxıstana – 93,5 % və 13,9 % artıb, Ukraynaya – 17,5 % və 55,5 % azalıb, Gürcüstana – 2,2 dəfə və 25,5 % artıb.
Birillik fasilənin ardından Litva və Polşaya, 1 il 2 aylıq aradan sonra Türkmənistana tədarük bərpa edilib. Ötən il son 10 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Azərbaycan Bolqarıstan və İsveçrəyə polipropilen satıb.
Hesabat dövründə ölkəmizə xaricdən 14,154 milyon ABŞ dolları dəyərində 9 min 012,31 ton polipropilen (ilkin formalarda) gətirilib ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 4,7 % və 29,7 % azdır.
Koreyadan 9,183 milyon ABŞ dolları dəyərində 5 min 460 ton, İrandan 2,824 milyon ABŞ dolları dəyərində 1 min 960,85 ton, Səudiyyə Ərəbistanından 1,535 milyon ABŞ dolları dəyərində 1 min 224 ton, Rusiyadan 197,58 min ABŞ dolları dəyərində 120 ton, Türkmənistandan 134,55 min ABŞ dolları dəyərində 130 ton məhsul idxal edilib.
2020-ci ilin göstəriciləri ilə müqayisədə Koreyadan tədarük müvafiq olaraq 63,84 % və 11,59 % artıb, İrandan – 34,4 % və 51,1 % azalıb, Səudiyyə Ərəbistanından – 34,3 % və 42,3 % azalıb, Rusiyadan – 46,32 % və 57,5 % azalıb, Türkmənistandan – 92,91 % və 90 % azalıb.