Bu ilin I rübündə Azərbaycanda 68,9 min ton bentonit istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
Bu il aprelin 1-nə, ölkədə 170,1 min ton hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 253,1 min ton bentonit istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 2 dəfə çoxdur.