Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 114,5 min cüt ayaqqabı istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63 % çoxdur.
Təkcə fevralda isə ölkədə 71 min cüt ayaqqabı istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 99 % çoxdur.
Bu il martın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 74,6 min cüt hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 1 milyon 41 min cüt ayaqqabı istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 39 % çoxdur.