Azərbaycan alüminium məmulatların istehsalını 6 %-ə yaxın artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 15,6 min ton alüminium məmulatları istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 % çoxdur.

Bu il aprelin 1-nə, ölkədə 3,26 min ton hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 63,28 min ton alüminium məmulatları istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 72,1 % çoxdur.

Digər xəbərlər