“Azəralüminium”un xalis mənfəəti 3 dəfə azalıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azəralüminium” MMC 2020-ci ili 745 min manat xalis mənfəətlə başa vurub.

“Report” xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 3 dəfə azdır.

Ötən il “Azəralüminium”un vergiyəqədərki mənfəəti 931 min manat (əvvəlki ilə nisbətən 3,2 dəfə az), mənfəət vergisi ödəmələri isə 186 min manat (3,9 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “Azəralüminium”un aktivləri 324,888 milyon manat olub ki, bu da illik müqayisədə 4,3% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 27,8% azalaraq 39,911 milyon manata düşüb, balans kapitalı 0,3% artaraq 284,977 milyon manata, o cümlədən nizamnamə kapitalı isə 0,02% artaraq 282,244 milyon manata çatıb.

Xatırladaq ki, “Azəralüminium” 2018-ci ildə yaradılıb, ölkədə əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium – oksid, ilkin alüminium və yarımfabrikat məhsullarının istehsalı üzrə aparıcı şirkətdir. Onun istehsal sahəsi Gəncə Alüminium Kompleksidir.

Digər xəbərlər