Bakı. 9 sentyabr. REPORT.AZ/ Son 25 il ərzində dünyada uşaq ölümü hallarının azı 25 faiz azalması müşahidə olunur. "Report" BBC-yə istinadən xəbər verir ki, bu göstərici BMT-nin Uşaq Fondunun (YUNİSEF) son hesabatında yer alıb.
Proqnozlara əsasən, bu il dünada uşaq ölümü hallarının sayı tarixdə ilk dəfə 6 milyondan aşağı olacaq.
Bununla belə təşkilat qeyd edir ki, yaşı 5-dən aşağı olan 16 min uşaq hər il dünyasını dəyişir. Sözü gedən faktlar əsasən Afrika dövlətlərinə qeydə alınır.