Anar Bayramov Qubada vətəndaşları qəbul edib

TƏBİB-in İcraçı direktoru Anar Bayramov Quba Rayon Mərkəzi Xəstəxanasında Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayon sakinlərini qəbul edib.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.

Vətəndaşların müayinə-müalicə, əmək münasibətləri, əlillik məsələləri və s. ilə bağlı müraciətləri dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması üçün müvafiq göstərişlər verilib.

Digər xəbərlər